17 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.
Təhsili
2016-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Almaniyanın Zigen Universitetinin biznesin təşkili üzrə birgə bakalavr proqramında (iqtisadiyyat ixtisası) təhsil alıb.
2018-ci ildə Gürcüstanın Tbilisi şəhərində keçirilən “Regional Training Course on HRM” təlimində,
2018-2019-cu illərdə Varşava və Haydelberq şəhərlərində "Erasmus+" mübadilə proqramlarında iştirak edib.
2021-2023 illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektron idarəetmə ixtisası üzrə MBA proqramında təhsil alıb.
Əmək fəaliyyəti
2018-2019-cu illərdə AEGEE-Bakı Avropa Tələbələr Forumunda insan resursları üzrə menecer,
2019-cu ildə AEGEE-Bakıda “Winter University” və “Summer School” beynəlxalq layihələrinin təşkilatçısı,
2020-ci ildə “Bravo Praktikum Internship Program”ında Rəqəmsal marketinq şöbəsində təcrübəçi olub.
2021-ci ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağında könüllü olub.
2021-ci ilin iyul ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Kommunikasiya departamentində media mütəxəssisi kimi fəaliyyət göstərib. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılmış struktur islahatlarından sonra Rəqəmsal Ticarət Qovşağının rəhbəri təyin olunub.
2021-ci ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri Təşkilatının rəhbəridir.
Azərbaycan, ingilis dillərini və alman dilini A1 səviyyədə bilir.
Ailəlidir.