Günay Rəhimli

Günay Rəhimli

Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


3 iyul 1994-cü ildə Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olub.

Təhsili

2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Kompüter elmləri ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2015-2017-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Optimal idarəetmənin riyazi-iqtisadi üsulları ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib.

2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə doktorantura təhsili alıb, 2025-ci ildə “Sosial hesablar matrisi əsasında ümumi tarazlıq modelinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edib.

Pedaqoji fəaliyyəti

2021-ci ildə Bakı Dövlət Universitetində, 2025-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində tədris aparıb.

Yerli və beynəlxalq jurnallarda, həmçinin konfrans materiallarında dərc olunmuş 35-dən çox elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

2017-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda Sosial inkişaf problemləri, daha sonra Makroiqtisadi tədqiqatlar şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.

2025-ci ilin dekabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunda baş məsləhətçi vəzifəsində işləyir.

Azərbaycan və ingilis dillərini bilir.