Simrah İsmayılova

Simrah İsmayılova

Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


18 iyun 1985-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.

Təhsili

2003-2007-ci illərdə Bakı Dövlət Universitetini İqtisadi kibernetika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2007-2009-cu illərdə Bakı Dövlət Universitetində magistratura pilləsini İqtisadi kibernetika istiqaməti üzrə fərqlənmə diplomu ilə bitirib.

2011-2014-cü illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının əyani doktorantı olub.

Pedaqoji fəaliyyəti

2009-2010-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasında “Pul, kredit, bank” və “Maliyyə” fənlərini tədris edib.

2020-2021-ci illərdə Bakı Biznes Universitetində “Ekonometrika” fənnini tədris edib.

Yerli və beynəlxalq mətbuatda dərc olunmuş 13-dən çox elmi və publisistik məqalə və tezislərin müəllifidir.

Əmək fəaliyyəti

2008-2009-cu illərdə “Azkreditbank” ASC və “Dəmirbank” ASC-də mütəxəssis vəzifəsində,

2015-2017-ci illərdə AMEA İdarəetmə Sistemləri İnstitutunun Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi laboratoriyasında kiçik elmi işçi və elmi işçi vəzifəsində,

2017-2021-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsində elmi işçi vəzifəsində,

2021-2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin Təhlil və dayanıqlı inkişaf sektorunda aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləyib.

2025-ci ilin dekabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi olaraq işləyir.

Sertifikatlar

Dövlət qulluğu – BA3

Sertifikatlaşdırılmış Layihə Meneceri – IPMA C səviyyəsi (ICB 4)

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.