İlkin Qasımov

İlkin Qasımov

İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


10 mart 1988-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili

2005-2009-cu illərdə Bakı Slavyan Universitetində Jurnalistika ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2012-2014-cü illərdə Şimali Kiprdə yerləşən Şərqi Aralıq Universitetində (Eastern Mediterranean University) İqtisadiyyat üzrə magistr təhsili alıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Ekonometrika, İqtisadi Statistika ixtisası üzrə doktorantura pilləsində təhsil alır.

Pedaqoji fəaliyyəti

2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Dövlət Gömrük Akademiyası və  Bakı Mühəndislik Universitetində müəllim və baş müəllim olaraq fəaliyyət göstərir.

Yerli və beynəlxalq, o cümlədən “SCOPUS” və “Web of Science” bazalarında nəşr edilmiş bir neçə məqalənin həmmüəllifidir. Bununla yanaşı, iqtisadiyyatla bağlı üç dərsliyin Azərbaycan dilinə tərcüməsi layihəsində tərcüməçi və elmi redaktor olaraq fəaliyyət göstərib.

Əmək fəaliyyəti

2015-2021-ci illərdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi;

2016-ci ildən Bakı Mühəndislik Universitetinin İqtisadiyyat kafedrasında müəllim və baş müəllim;

2024-2025-ci illərdə Süni İntellekt Laboratoriyasında iqtisad komandasının rəhbəri olub.

2025-ci ilin noyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsində baş məsləhətçi olaraq işləyir.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, bir övladı var.