Sevinc Cabbarova

Sevinc Cabbarova

Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi

(+99412) 521 25 35


3 iyul 1978-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.

Təhsili

1995–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Mühəndis iqtisadiyyatı fakültəsinin Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavr təhsili alıb.

2002–2004-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Mühəndis iqtisadiyyatı fakültəsinin İnnovasiya strategiyasının işlənməsi ixtisası üzrə magistr təhsili alıb.

2011–2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisası üzrə aspirantura təhsili alıb və 2015-ci ildə elmi işini müdafiə edib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən professor elmi adına layiq görülüb.

2017–2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin doktorantı olub.

2017–2024-cü illər ərzində kouçinq, motivasiya və fərdi inkişaf üzrə 20-dən çox sertifikat alıb.

Elmi fəaliyyəti

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 50-dən çox elmi əsərin müəllifidir.

20-dən çox xarici (Yunanıstan, Rusiya Federasiyası, Türkiyə Respublikası) və respublika səviyyəli konfrans və konqreslərdə elmi məruzələrlə çıxış edib.

2020-ci ildən ABŞ-də nəşr olunan “Journal of Business and Economic Development” jurnalının redaksiya heyətinin üzvüdür.

2021-ci ildən “Uluslararası Turizm, Ekonomi ve İşletme Bilimleri Dergisi” (International Journal of Tourism, Economic and Business Sciences – IJTEBS) jurnalının redaksiya heyətinin üzvüdür.

2018-ci ildən “Naxçıvan Muxtar Respublikasında emal müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və iqtisadi səmərəliliyin artırılması istiqamətləri” mövzusunda elmlər doktorluğu dissertasiyası üzərində işləyir.

Əmək fəaliyyəti

2005–2018-ci illərdə AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsində ardıcıl olaraq böyük laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

2015–2017-ci illərdə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində müəllim kimi fəaliyyət göstərib.

2018–2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru olub.

2020-ci ildə “Naxçıvan Biznes Təlim Akademiyası” MMC-nin təsisçisi olub. Fərdi inkişaf sahəsində təlimlərin müəllifi və təlimçisi kimi fəaliyyət göstərib. Gənclər üçün fərdi inkişaf, büdcənin səmərəli istifadəsi, kiçik sahibkarlığın inkişafı üzrə layihələrin rəhbəri və təlimçisi olub.

2020–2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

2023-cü ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi alıb.

2024–2025-ci illərdə həmin Aparatın Ümumi şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

2024–2025-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.

2025-ci ilin aprel ayından etibarən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində Sosial-iqtisadi proqramların monitorinqi sektorunun aparıcı məsləhətçisi vəzifəsini icra edir.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, üç övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R