
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
15 noyabr 1975-ci ildə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olub.
Təhsili və elmi fəaliyyəti
1993-1997-ci illərdə Bakı Dövlət Universitetində İqtisadi və sosial coğrafiya ixtisası üzrə bakalavr,
1997-1999-cu illərdə Bakı Dövlət Universitetində İqtisadi və sosial coğrafiya ixtisası üzrə magistratura,
1999-2002-ci illərdə AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunda İqtisadi və sosial coğrafiya ixtisası üzrə doktorantura təhsili alıb.
2005-ci ildə Coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisadi coğrafiya ixtisası üzrə dosent elmi adı alıb.
2013-cü ildən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Davamlı İnkişafın Problemləri şöbəsində "Texnoloji innovasiyalar iqtisadiyyatı" ixtisası üzrə "Azərbaycanda regional sahibkarlığın inkişafı üçün innovasiyaların stimullaşdırılması və texnoparkların yaradılması mexanizmlərinin işlənməsi" mövzusunda elmlər doktorluğu dissertasiyası işi üzərində işləyir.
Məzun olduğu bəzi qlobal proqramlar
2012-ci ildə ABŞ-da “Ali təhsil və gələcək karyera proqramı”,
2016-cı ildə Hindistanda “İnnovasiya və sahibkarlığının biznes inkubatorlarda inkişafı” proqramı,
2017-ci ildə ABŞ-da "Silikon Vadisinə keçid" proqramı,
2018-ci ildə Koreya Respublikasında "Yüksək səviyyəli elm-texnologiya-innovasiya siyasəti və strateji inkişaf" proqramı,
2020-ci ildə Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzinin “İdeyadan Biznesə: İnnovasiya və Akselerasiya IX Proqramı”,
2024-cü ildə Koreya Respublikasında “Texnologiya startapları üçün təlimçilərin təlimi” proqramı.
"İnnovasiya sahibkarlığı və texnoparklar" və "İnnovasiya sahibkarlığı: Startap ekosistemi" dərs vəsaitlərinin həmmüəllifi, 5 dərs proqramı, 60-a yaxın elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
2005-2013-cu illərdə Azərbaycan Müəllimlər İnstitutu (indiki ADPU) Quba filialında baş müəllim, dosent, kafedra müdiri, direktor müavini, direktor əvəzi,
2006-2017-ci illərdə Qafqaz Universitetində Pedaqoji fakültənin baş müəllimi, dosent,
2006-2010-cu illərdə Qafqaz Universitetində İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri,
2010-2013-cü illərdə Qafqaz Universitetində Karyera Planlama və Praktika Mərkəzinin müdiri,
2013-2017-ci illərdə Qafqaz Universitetində Texnoparkın direktoru,
2017-ci ilin fevral ayından etibarən Bakı Mühəndislik Universitetində Sənaye mühəndisliyi kafedrasının dosenti,
2017–2019-cu illərdə Bakı Mühəndislik Universitetində Texnoparkın direktoru,
2019-cu ildə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunda baş mütəxəssis,
2019-2023-cü illərdə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzində direktor,
2023-2025-ci illərdə Bakı Mühəndislik Universitetində Texnoparkın direktoru,
2025-ci ilin fevral ayından etibarən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterprise Azerbaijan” portalının rəhbəridir.
Azərbaycan, ingilis dillərini bilir.
Ailəlidir, iki övladı var.