Samir Rəhimov

Samir Rəhimov

Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi

(+99412) 521 25 35


29 Yanvar 1982-ci ildə Azərbaycan Respublikasının Ağstafa şəhərində anadan olub.

Təhsili

1999-2003-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix ixtisası üzrə bakalavr təhsili alıb.

2021-2025-ci illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında Sosial iş ixtisası üzrə qiyabi formada ikinci bakalavr təhsili alıb.

Əmək fəaliyyəti

2004-2006-cı illərdə əmək fəaliyyətinə  Alman Texniki Əməkdaşlıq Təşkilatında (GTZ-FRCS) Layihələrin qiymətləndirilməsi üzrə “konsultant” kimi başlayıb.

2007-2010 cu illərdə “FİNCA-Azerbijan” QBKT –nın Ağdaş və Qazax filiallarında maliyyə xidmətləri üzrə mütəxəssis kimi çalışıb.

2009-2014 cü illərdə yerli özünüidarəetmə orqanına Bələdiyyə üzvü kimi seçilib və fəaliyyət göstərib.

2010-2018-ci illərdə “FİNCA-Azerbijan” QBKT-nın baş ofisində Məlumat daxiletmə əməliyyatları üzrə şöbə rəhbəri kimi çalışıb.

2019-2020-ci illərdə “Ata Bank” ASC-də kredit mütəxəssisi kimi çalışıb.

2020-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat  — "DOST" Agentliyinin Monitorinq şöbəsində mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis vəzifələrində çalışıb.

2025-ci ilin yanvar ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin Səmərəliliyin qiymətləndirilməsi sektorunda  aparıcı məsləhətçi kimi fəaliyyətə başlayıb.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R