Rəşad Nəcəfli

Rəşad Nəcəfli

İqtisadi təhlil şöbəsinin müdir müavini

(+99412) 521 25 35


1 mart 1982-ci ildə Azərbaycan Respublikasının Quba şəhərində anadan olub.

Təhsili

2000-2005-ci illərdə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsində İqtisadiyyat ixtisası üzrə tam ali təhsil alıb.

2009-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.

2021-2023-cü illərdə Polşanın Lodz Universitetində Beynəlxalq və siyasi tədqiqatlar fakültəsində Beynəlxalq marketinq üzrə magistr təhsili alıb.

2022-2023-cü illərdə “Erasmus+” təhsil mübadilə proqramı çərçivəsində Almaniyanın Xemnitz Texniki Universitetində Siyasi elmlər və dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyəti

2000-2007-ci illərdə “Philip Morris International” şirkətində ticarət marketinqi mütəxəssisi və "Alko Ltd”-nin  rəsmi distribütoru işləyib.

2007-2014-cü illərdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mütəxəssisi vəzifəsində çalışıb.

2014-2018-ci illərdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük mütəxəssisi vəzifəsində çalışıb.

2024-cü ildə “Customs Consultancy and Representation Services” MMC-də Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalışıb.

2025-ci ilin yanvar ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsində baş məsləhətçi, noyabr ayından isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Azərbaycan, rus, ingilis (C1), alman (A2), ukrain(A2) dillərini bilir.

Ailəlidir, 1 övladı var.

Hamısı
Nəşrlər
Müsahibələr
MüSAHIBə

Davos 2025

MüSAHIBə

Davos 2025