Yusif Məmmədov

Yusif Məmmədov

Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


30 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub.

Təhsili

2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb və fakültəni fərqlənmə diplomu ilə bitirib.

2019-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində “Maliyyə menecmenti” ixtisası üzrə magistr təhsili alıb.

2022-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə doktorantura təhsili alır.

Elmi fəaliyyəti

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 15-dən çox elmi məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2020-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kadr məsələləri üzrə mütəxəssis və maliyyə üzrə aparıcı mütəxəssis vəzifələrində çalışıb.

2023-cü ilin avqust ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, 2024-cü ilin avqust ayından etibarən isə  Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi olaraq çalışır.

ACCA FA (Financial Accounting) beynəlxalq maliyyə sertifikatına malikdir.

Azərbaycan, ingilis və türk dillərini bilir.    

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R