Əbdülrəhim Dadaşov

Əbdülrəhim Dadaşov

Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


17 fevral 1992-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.

Təhsili

2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə fakültəsinin maliyyə ixtisası üzrə bakalavr təhsili alıb.

2014-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.

2017-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisası üzrə doktorantura təhsili alıb və 2023-cü ildə müdafiə edib.

2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisasında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2017-2024-cü illər ərzində Çin, Hindistan, Yaponiya və Cənubi Koreyada kənd yerlərinin inkişafı və aqrar sahə üzrə beynəlxalq səviyyədə təşkil olunmuş təlim proqramlarında iştirak edib.

Elmi fəaliyyəti

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 30-dan çox elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

2015-ci ildə Mərkəzi Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentində internatura proqramında iştirak edərək təcrübə keçib.

2016-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda baş iqtisadçı və böyük elmi işçi,

2018-2024-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxsində aparıcı mütəxəssis, baş mütəxəssis və bölmə rəhbəri vəzifələrində çalışıb.

2024-cü ilin iyul ayından etibarən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində “Sosial-iqtisadi proqramların monitorinqi” sektorunun baş məsləhətçisi vəzifəsində çalışır.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R