Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
06 iyul 1999-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.
Təhsili
2015-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb və fakültəni fərqlənmə diplomu ilə bitirib.
2019-2021-ci illərdə Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (MBA), eyni zamanda, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə ikili diplom proqramı çərçivəsində Neft və qaz menecmenti üzrə biznesin idarə olunması (MBA) ixtisasları üzrə magistratura təhsili alıb.
2022-ci ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorantura təhsili alır.
Əmək fəaliyyəti
2020-2021-ci illərdə "Caspian İnvestment Company" MMC-də Müştərilərlə iş üzrə koordinator vəzifəsində çalışıb.
2021-2023-cü illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbində Biznesin idarə olunması üzrə tədris mərkəzində Böyük mütəxəssis, 2023-2024-cü illərdə Karyera və tələbələrlə iş şöbəsinin rəisi vəzifələrində çalışıb.
2024-cü ilin iyun ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.
ABŞ-nin Layihə İdarəetmə İnstitutu (PMI) tərəfindən təqdim olunan Project Management Professional (PMP) və PMI Agile Certified Practitioner (PMI-ACP) beynəlxalq sertifikatlarını, həmçinin Dövlət qulluğu üzrə BA3 kateqoriyalı sertifikatı əldə etmişdir.
Azərbaycan, ingilis və türk dillərini bilir.
Ailəlidir.