Faiq Camalov

Faiq Camalov

Sahəvi proqramların monitorinqi sektorunun müdiri

(+99412) 521 25 35


5 iyul 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.

Təhsili

1994-1998-ci illərdə Azərbaycan Kooperasiya İnstitutunda beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr,

2003-2005-cü illərdə Bakı Biznes Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr,

2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində aspirantura təhsili alıb.

Əmək fəaliyyəti

1998-2001-ci illərdə Sumqayıt Səthi Aktiv Maddələr zavodunda aparıcı mühəndis, baş operator,

2002-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində iqtisadçı, aparıcı iqtisadçı və aparıcı mütəxəssis,

2003-2006-cı illərdə Yerli İqtisadi İnkişaf Mərkəzində tədqiqatçı-ekspert,

2008-ci ildə İctimai Vəsaitlərin Monitorinqi Mərkəzində tədqiqatçı-ekspert,

2009-2024-cü illərdə Maliyyə Monitorinqi Xidmətində böyük mütəxəssis və şöbə rəisi vəzifələrində çalışıb.

2024-cü ilin mart ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi, iyun ayından isə Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışır. 

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R