10 Sentyabr 1981-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində anadan olub.
Təhsili
1998-2003-cü illərdə Sumqayıt Dövlət Texniki Kollecinin Gömrük işinin təşkili və ekspertizası fakültəsinin kiçik gömrük eksperti ixtisası üzrə təhsil alıb.
2017-2021-ci illərdə Xarkov Milli Texniki Universitetinin İqtisadiyyat fakültəsinin menecer ixtisası üzrə bakalavr təhsili alıb.
2022-2024-cü illərdə Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində magistr təhsili alıb.
"Barattson" biznes və maliyyə məktəbinin "Milli Mühasibatlıq Sertifikatı" proqramını bitirib.
Elmi və pedaqoji fəaliyyəti
2026-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində “Biznesin iqtisadiyyatı və menecmenti” kafedrasında müəllim vəzifəsində çalışır.
Əməliyyat və logistika sahəsində 10-a yaxın məqalənin və "Nəqliyyat icmalı"nın müəllifidir.
Əmək fəaliyyəti
2008-2016-cı illərdə Səngəçal terminalında Birləşmiş elektron təhlükəsizlik sistemləri üzrə baş administrator,
2017-2020-ci illərdə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində (İİTKM) təsərrüfat müdiri vəzifələrində çalışıb.
2020-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzində Əməliyyatlar şöbəsinin əməliyyat meneceri vəzifəsində çalışır.
2021-ci ildən Birləşmiş Krallığın Nyu Kastl Universitetinin dəstəyilə həyata keçirilən "Creative Spark" layihəsinin İİTKM-dəki meneceridir.
Azərbaycan, ingilis, türk və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.
