Elnur Ələkbərov

Elnur Ələkbərov

İqtisadi təhlil şöbəsinin müdir müavini

(+99412) 521 25 35


28 oktyabr 1988-ci ildə Sumqayıt şəhərində anadan olub.

Təhsili

2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) menecment ixtisası üzrə bakalavr;

2012-2014-cü illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) biznesin idarə edilməsi (MBA) ixtisası üzrə magistr;

2015-2017-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda doktorantura təhsili alıb.

2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda elmlər doktorluğu proqramı üzrə doktorantdır.

Pedaqoji fəaliyyəti

2020-ci ildən Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasında dosent vəzifəsində çalışır.

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 20-dan çox elmi məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2011-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda mütəxəssis, baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri;

2022-ci ilin sentyabr ayından 2023-cü ilin iyul ayına qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqatlar departamentinin Təhlil və tədqiqatlar şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2023-cü ilin iyul ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi, avqust ayından isə həmin şöbənin müdir müavini vəzifəsində çalışır.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R