
“Yaşıl enerji məkanı” İşçi qrupunun iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Yaşıl enerji məkanı” məqsədi üzrə ümumi hesabatın “Yaşıl enerji məkanı” İşçi qrupunda hibrid formatda müzakirəsi keçirilib.
İşçi qrupun sədri, energetika nazirinin müavini Elnur Soltanov Strategiyada “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi” Milli Prioriteti üzrə nəzərdə tutulan tədbirlərdən bəhs edib, əsas hədəf indikatorlarından birinin elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılması olduğunu vurğulayıb. “Yaşıl enerji məkanı” məqsədi ilə yanaşı, xüsusi olaraq işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda “yaşıl enerji” zonasının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.
Daha sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “Yaşıl enerji” məkanı üzrə tərəqqi hesabatını təqdim edib. O bildirib ki, bu sahədə davamlı inkişaf üçün yaxşı zəmin formalaşdırılıb.
İclasda “Yaşıl enerji məkanı” məqsədi üzrə fəaliyyət istiqamətləri və hədəflərlə bağlı görülən tədbirlər diqqətə çatdırılıb, energetika sektorunda tənzimləyici mühitin təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, bu sahəyə xarici investorların cəlbi, yeni generasiya güclərinin enerji sisteminə inteqrasiyası və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İşçi qrupun üzvlərinin hesabatla bağlı rəyləri dinlənilib, təklif və tövsiyələr nəzərə alınmaqla hesabat layihəsinin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilib.
“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Su Ehtiyatları Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunurlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.

Ekspert yazıları
Aqil Əsədov
İİTKM-in şöbə müdiri
Dövlət Başçılarının 5-ci Məşvərət görüşü regionda inteqrasiya proseslərini daha da sürətləndirəcək
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycanda 2026-cı ilə kimi sosial xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə artırılacaq
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Özbəkistan Prezidentinin dövlət səfəri iqtisadi münasibətlərin də dərinləşməsində yeni mərhələdir
Şəbnəm Məmmədli
Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi
“Azalternativenerji” MMC-nin ləğvi dövlət resurslarına olan tələbat və risklərin azaldılmasına xidmət edəcək
Təranə Salıfova
Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri
2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında edilən dəyişiklik yüksək iqtisadi artıma təkan verəcək
Aqil Əsədov
İİTKM-in şöbə müdiri
Nəqliyyat sektorundan gözləntilər artır
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyur