Vüsal Qasımlı Beynəlxalq Türk Akademiyasının vitse-prezidentini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbədarı qəbul edib. V.Qasımlı görüşdə Mərkəzin fəaliyyət istiqamətləri və İİTKM-in nəzdində yeni yaradılmış Türk Dünyası Araşdırmalar Mərkəzi haqqında ətraflı məlumat verib. Həmçinin İİTKM-in Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyi ilə birlikdə hazırladığı “Türk iqtisadi icmalı”nın ildə dörd dəfə səkkiz dildə nəşr edildiyini bildirib. Hazırda İİTKM Türk Dövlətləri Təşkilatı üzvlərini təmsil edən beyin mərkəzləri ilə birlikdə “Türk dövlətləri iqtisadiyyatı” kitabını tamamlamaq üzrədir.
Görüş zamanı Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə yaradılan və İİTKM-in də təmsil olunduğu İqtisadi Siyasət Araşdırma Mərkəzlərinin Şəbəkəsi (ERCNET) üzrə fəaliyyət istiqamətləri və gələcək əməkdaşlıqlar barədə də danışılıb. O cümlədən, 2023-cü ildə keçiriləcək TDT-nin Zirvə görüşündə təqdim edilməsi üçün hazırlanan “Türk dünyası üzrə rəqəmsal ticarət və investisiyalar” mövzusunda illik hesabat haqqında müzakirələr aparılıb. V.Qasımlı türk dünyasında cərəyan edən müsbət tendensiyaların belə layihələrlə dəstəklənməsinin önəmini vurğulayıb. Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedar İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin və Rəqəmsal Ticarət Qovşağının illik hesabatın hazırlanmasında göstərdikləri dəstəyə və İİTKM-lə olan əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Müzakirələrin davamlı aparılması haqqında razılığın əldə edildiyi görüşdə Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri v.m.i.e Ayhan Satıcı və İİTKM-in operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Vaqifzadə də iştirak ediblər.
Görüşün sonunda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı qonağa Mərkəz tərəfindən hazırlanmış “Yeni Qarabağnamə” kitabını təqdim edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib