“Startup School 2” layihəsi ilə bağlı infosessiya davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir. Bu qəbildən olan növbəti infosessiya Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilib. Tədbirdə Akademiyanın professor, müəllim və tələbə heyəti iştirak edib.
Tədbir çərçivəsində “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva layihə haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Portalın layihə meneceri Nəzrin Əkbərova komanda üzvlərinin seçilməsi, layihənin hazırlanması və portal üzərindən qeydiyyatının aparılması prosedurlarını izah edib. “Enterprise Azerbaijan” portalının xarici təcrübəçisi Peter Balogh isə startaplarla bağlı öz təcrübələrini tələbələrlə bölüşüb.
Tədbirin əsas məqsədi Azərbaycan Dövlət Dəniz Akademiyasının Tələbə Elmi Cəmiyyətinin bu tipli startap layihələrində aktiv iştirakının təmin edilməsi və tələbələrin ideyalarının biznesə çevrilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalı “StartUp School 2 – AI for Green Solidarity” layihəsini ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə həyata keçirir. Layihəyə sənəd qəbulu 2024-cü il fevral ayının 1-də başlayıb və martın 17-ə qədər davam edəcək.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib