“Startup School 2” ilə bağlı növbəti tədbir Milli Aviasiya Akademiyasında keçirildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School 2 - AI for Green Solidarity” layihəsinin növbəti tanıtımını Milli Aviasiya Akademiyasında (MAA) keçirib. Tədbir Akademiyanın Tədris-metodiki şöbəsi, İnformasiya Texnologiyaları Mərkəzi və Kompüter sistemləri və proqramlaşdırma kafedrasının təşkilatçılığı ilə baş tutub.
Təqdimat zamanı “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva portalın fəaliyyəti haqqında tələbələrə məlumat verib, “Startup School 2” layihəsinin əhəmiyyətindən, əməkdaşlıq etdiyi nüfuzlı qurumlardan və bu layihənin gənc startapçılara təqdim etdiyi fürsətlərdən danışıb.
Portalın layihə meneceri Nəzrin Əkbərova isə tələbələrə ilkin müraciət forması, layihənin təsviri, qoyulan meyarlar və seçim qaydaları haqqında ətraflı məlumat verib, eyni zamanda auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Tədbir çərçivəsində gənclər arasında innovasiya və startap ekosisteminə həsr olunmuş viktorina keçirilib. Sual-cavabda ən fəal iştirak etmiş tələbələrə İİTKM-in ABŞ-ın Nevada Universiteti və Bakı Mühəndislik Universiteti ilə birgə hazırladığı “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitabı təqdim olunub.
Tələbələrlə görüşdən öncə “Enterprise Azerbaijan" portalının əməkdaşları Akademiyanın “Mülki Aviasiya Muzeyi”ndə Azərbaycanda aviasiya və kosmonavtikanın tarixi ilə tanış olublar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib