Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub - DTH) Türkiyənin “ODS Consulting Group” şirkəti ilə birgə “Rəqəmsal transformasiya və e-ticarət” adlı onlayn forum keçirib.
Rəqəmsal transformasiya və elektron ticarətin yaratdığı imkanlar barədə fikir mübadiləsi aparmaq, həmçinin iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək və ixracı təşviq etmək məqsədi ilə keçirilmiş forumda “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov açılış edərək Azərbaycanda elektron ticarət və rəqəmsal transformasiya sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri haqqında danışıb.
Daha sonra “ODS Consulting Group” şirkətinin təsisçisi Okan Seçkin Türkiyədə rəqəmsal transformasiyanın e-ticarətə təsiri, rəqəmsallaşmadan irəli gələn çağırışlar və imkanlara dair məlumat verib. Şirkətin peşəkar nümayəndələri SAP (Systems, Applications and Products – Sistemlər, Tətbiqlər və Məhsullar) xidmətləri, müştərilərlə münasibətlərin qurulması, istehsal prosesinin səmərələşdirilməsində və onlayn satışda rəqəmsal transformasiyanın rolu kimi mövzularda çıxışlar ediblər.
Sonda “Alibaba” şirkətinin Türkiyə üzrə biznes inkişafı meneceri Kubilay Gençkan “Alibaba.com” ilə ixrac imkanları haqqında məlumat verib və Azərbaycanla mövcud əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.
DTH-ın rəhbəri İsmət Vaqifzadənin də qatıldığı forumda 100-ə yaxın dövlət və özəl sektorun nümayəndələri iştirak edərək çıxışçılara suallar ünvanlayıblar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib