Rəqəmsal Ticarət Qovşağının m-rezidentlik proqramı çərçivəsində görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Vergi Xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş keçirilib. Rəqəmsal Ticarət Qovşağının (RTQ) m-rezidentlik proqramı çərçivəsində baş tutan görüşdə RTQ-nin rəhbəri İsmət Mehrəliyeva qonaqlara portalın fəaliyyəti, müasirləşmə strategiyası ilə hazırlanmış yeni yol xəritəsi və sənəd dövriyyəsi prosesinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər haqqında məlumat verib.
Görüşdə “B.EST Solutions” şirkətinin layihə meneceri Ceyhun Nəcəfli m-rezidentlik proqramı çərçivəsində hazırlanmış eSIM əsasında “Asan İmza”ya əsaslanan yeni biznes prosesi haqqında təqdimatla çıxış edib. Tərəflər arasında qeyri-rezidentlər tərəfindən müqavilələrin elektron formada imzalanmasına daha əlverişli şəraitin yaradılması, biznes prosesinin rəqəmsallaşması və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə “Asan İmza” sertifikatının verilməsi imkanı üzrə müzakirələr aparılaraq təkliflər səsləndirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib