"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin növbəti ictimai müzakirəsi keçirilmişdir
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin növbəti ictimai müzakirəsi iyunun 21-də “ADA” Universitetində baş tutmuşdur. Bu dəfə strateji yol xəritəsi üzrə ictimai müzakirələr “Kənd təsərrüfatına strateji baxış: Rəqabətlilik, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövsusuna həsr edilmişdir.
Tədbiri giriş sözü ilə "ADA" Universitetinin rektoru Hafiz Paşayev açaraq milli iqtisadiyyatın strateji yol xəritəsinin əhəmiyyətini vurğulamışdır. Plenar sessiyada daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, Azərbaycan-Amerika Ticarət Palatasının İcraçı direktoru Natavan Məmmədova, KPMG-nin partnyoru Vüqar Əliyev və "ADA" Universitetinin Sahibkarlıq, Ticarət və İnnovasiya Mərkəzinin İçraçı direktoru Taryel Mirzəyev plenar sessiyada çıxış etmişdilər. "ADA" Universitetinin prorektoru Emin Hüseynovun moderatorluğu ilə müzakirələr davam etmişdir.
Qeyd edək ki, tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "ADA" Universiteti, Azərbaycan-Amerika Ticarət Palatası və KPMG birgə təşkil etmişdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib