“Makroiqtisadi dayanıqlıq” İşçi qrupunun iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilməsinə dair “Daxili və xarici təsirlərə dayanıqlıq” məqsədi üzrə ümumi hesabatının “Makroiqtisadi dayanıqlıq” İşçi qrupunda müzakirəsi keçirilib.
Mərkəzi Bankda keçirilmiş iclasda İşçi qrupun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Strategiyanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i çərçivəsində həyata keçirildiyini bildirib. O, bu Strategiya istiqamətində Mərkəzi Bank tərəfindən görülmüş işlər barədə məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov monitorinq və qiymətləndirmə prosesi barədə danışıb və bütün prosesin portal üzərindən aparıldığını bildirib.
İşçi qrupun sədr müavini, İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Təranə Salıfova hazırlanmış tərəqqi hesabatını təqdim edib.
Daha sonra hesabatda qeyd olunmuş məsələlərlə bağlı çıxışlar edilib, həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində İşçi qrupun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılıb, habelə növbəti addımlar müəyyən edilib.
“Makroiqtisadi dayanıqlıq” İşçi qrupunda Mərkəzi Bank və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin, Dövlət Neft Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.
Qeyd edək ki, Baş nazirin 12 iyun 2023-cü il tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib