İsrailin Azərbaycandakı səfiri EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunda olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qonaq olan İsrailin Azərbaycandakı səfiri Corc Dik və səfirliyin iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri Vüsal Mürsəlzadə EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunu ziyarət edib.
EnterpriseAzerbaijan portalının rəhbəri Mətanət Musayeva qonaqlara portalın iş prinsipini izah edib, Azərbaycanda startap ekosisteminin müasir vəziyyəti haqqında məlumat verib, akvariumun rezidentləri və startaplar ilə tanış edib.
İsrail səfiri Corc Dik ilk olaraq mərkəzin rezidentləri olan “Alma consulting”, “Interno” və “Bonpini” ilə tanış olub, onların iş fəaliyyətlərini və nailiyyətlərini diqqətlə dinləyib, onu maraqlandıran sualları ünvanlayıb.
Daha sonra cənab səfir akvariumun startapları ilə tanış olub. Sosial, ekoloji, texnoloji və kreativ layihələr olan “Ecoprint”, “Yoldash”, “Recycled Art”, “GreenBomb”, “Biobot”, “Entor”, “Designyourself” və “Plasket” özlərini təqdim edib, beynəlxalq səviyyədə yarışlarda iştirakları və qələbələri ilə bağlı məlumat verib, gələcək inkişafları üçün lazım olan resursları dilə gətiriblər.
Səfir hər bir startapı diqqətlə dinlədikdən sonra gəncləri maraqlı ideyaları ilə bağlı təbrik edib və onların gələcək inkişaflarında dəstək göstərəcəyini bildirib. Azərbaycan və İsrail startap ekosistemləri arasında gələcək əməkdaşlıq və inkişaf perspektivlərinin olduğunu söyləyib.
Görüşün sonunda səfir akvariumun üzvləri ilə xatirə şəkli çəkdirib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib