İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Strateji idarəetmə" mövzusunda təlim keçirilmişdir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ölkəmizdə strateji təhlil, planlaşdırma və idarəetmə sahəsində kadr hazırlığına tövhə vermək üçün "Strateji idarəetmə" mövzusunda 2 iyun 2016-cı il tarixində təlim təşkil edib. İştirak haqqı nəzərdə tutulmayan təlim dövlət və biznes qurumlarının strateji idarəetmə üzrə yüksək vəzifəli rəsmiləri iştirak etmişlər.
Təlimin tədrisi Harvard Universitetinin məzunu və bu sahədə tanınmış ekspert Sinan Köksoy tərəfindən aparılır. Təlimin modulu uzun müddətli strategiya əsasında bizneslər və layihələri ehtiyatla idarə etmək üçün praktiki yanaşmalar və çərçivələr, strateji təhlil və korporativ planlaşdırmada iştirakçılara yüksək səviyyədə biliklərin tədrisi üçün nəzərdə tutulmuşdur. Modulun sonunda, iştirakçılar alternativ həll yollarını müəyyən etmək, təhlil və təklif etmək, biznes strategiyası barədə qərarlar verə bilmək üçün praktiki bilikləri əldə etmişlər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında ölkədə iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılmışdır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib