İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Britaniya Şurası əməkdaşlığa başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” idea yarışmasına hazırlaşan startapçılarla növbəti görüş keçirilib. Yarışma Britaniya Şurasının təşəbbüsü ilə İİTKM və İngiltərənin Nyukastl Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Görüşdə layihənin ölkə üzrə meneceri Elnur Əliyev açılış nitqi ilə çıxış edərək layihə və onun məqsədləri haqqında məlumat verib. Daha sonra EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva startapçılara portalın fəaliyyəti və qalib gələn digər layihələr haqqında danışıb. Tədbirdə iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova gənclərə əsas tarixlər, video “pitching”lərin hazırlanma formaları, ideaların düzgün kateqoriya üzrə bölünməsi və üstünlük təşkil edən sahələr haqqında təqdimat edib. Həmçinin, AzMİU-nun Strateji planlaşdırma departamentinin rəhbəri Türkan Əliyeva ideaların ilkin təhlili, mükafat və müsabiqənin şərtlərinə dair izahat verdikdən sonra mentorlar arasında müzakirələr aparılıb.
İİTKM-in könüllülərindən ötən il həmin müsabiqədə “Stork” layihəsi ilə qalib gələn AzMİU-nun tələbəsi Elnur Məmmədov və “Yeni nesil 2.0” müsabiqəsində “Greenbomb” layihəsi ilə qalib gələn Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova çıxış edərək startapçılara dəstək olublar.
Sonda tədbirdə iştirak edən 50-dan çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti və onlayn qoşulan Gəncə Aqrar Universitetinin tələbələri, həmçinin İİTKM-in könüllüləri layihə ilə bağlı suallarını ünvanlayıblar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib