İİTKM-in Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri beynəlxalq forumda moderator olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı “Caspian Energy Forum Istanbul – 2023”də moderator kimi çıxış edib. Türkiyənin İstanbul şəhərində “Caspian Energy Club” və “Caspian Energy Türkiye”nin təşkilatçılığı ilə keçirilən Forumun əsas mövzuları Türkiyənin inkişaf modeli (turizm, logistika, kənd təsərrüfatı sənayesi, daşınmaz əmlak, maliyyə və investisiyalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli ölkələrin iqtisadi birliyi ilə əməkdaşlıq məsələləri olub.
İİTKM-in Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e Ayhan Satıcının moderatoru olduğu 2-ci paneldə əsas mövzu Xəzər, Qara dəniz və Baltikyanı ölkələrin iqtisadiyyatlarında həyata keçirilən islahatların pozitiv nəticələri və bu ölkələrdə fəaliyyət göstərən şirkətlərin dövlət və özəl sektorda reallaşdırdıqları layihələrin beynəlxalq arenada tanıdılması olub.
Panelin müzakirə mövzuları arasında Orta dəhlizin inkişafı, Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə investisiyaların təşviq edilməsi, Azərbaycandan və digər ölkələrdən olan şirkət və təşkilatların Türkiyədə, həmçinin Türkiyə şirkətlərinin Azərbaycan və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə sərmayə yatırmaq və biznes qurmaq imkanlarının araşdırılması da yer alıb.
Ayhan Satıcının moderatoru olduğu panelin spikerləri arasında Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyinin şöbə müdiri Hasan Boz, AZPROMO-nun Baş icraçı direktorunun müşaviri Günel Baxışeva, Ələt İqtisadi Zonasının səlahiyyətli nümayəndəsi Hüseyn Əliyev və Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə Heyətinin sədri Alper Özel yer alıblar.
Müzakirə zamanı panel iştirakçılarına verilən suallar bir neçə istiqaməti əhatə edib. Bu suallar Türkiyənin coğrafi mövqeyinə və Avropa ilə Asiya arasında ticarətin həcmini artırmaq üçün bu ölkənin potensialından necə istifadə edilməsinə yönəldilib. Bundan başqa, Türkiyənin istixana qazı emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı iddialı hədəfləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın bu regionda rolu ilə bağlı panel müzakirəsində Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və xarici investisiyaların artırılmasından faydalana biləcək müxtəlif sektorlar, xüsusilə də qeyri-neft sektoru ətrafında geniş fikir mübadiləsi aparılıb. Yaxın Şərqin potensialını artırmaq və türk dünyası daxilində əlaqələri dərinləşdirmək üçün iki ölkənin necə daha səmərəli əməkdaşlıq edə biləcəyi ilə bağlı suallar da müzakirə mövzusu olub
Forumda Xəzər, Qara dəniz və Baltikyani ölkələrin dövlət strukturlarının və şirkətlərin rəhbərləri və nümayəndələri iştirak ediblər.






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu