İİTKM-in şöbə müdiri əməkdaşı Daşkənddə keçirilən beynəlxalq konfransda təqdimatla çıxış edib

İİTKM-in şöbə müdiri əməkdaşı Daşkənddə keçirilən beynəlxalq konfransda təqdimatla çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aparıcı analitik mərkəzlərinin beynəlxalq konfransı”nda iştirak edib.

Konfrans Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə baş tutub. Tədbir “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında ticarət potensialının artırılması: birgə tədqiqatlar və strateji həllər” mövzusuna həsr olunub. Aparıcı beyin mərkəzlərinin nümayəndələri Türk dövlətləri arasında ticarət dövriyyəsinin genişləndirilməsi, rəqəmsal ticarət və innovasiyalar, regional inteqrasiya və infrastruktur layihələri, yaşıl iqtisadiyyat və sosial-demoqrafik çağırışlar mövzusunda fikir mübadiləsi aparıblar.

Vüsalə Cəfərova tədbirin "Regional inteqrasiya və infrastruktur layihələri" sessiyasında "Regional inteqrasiyada Azərbaycanın strateji rolu" mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Azərbaycanın tranzit ölkə kimi potensialı, Türk dövlətləri arasında regional bağlantının möhkəmləndirilməsi istiqamətində reallaşdırılan layihələr, ölkənin tranzit infrastrukturuna yatırdığı sərmayələr və tranzit koridorlarının rəqəmsallaşdırılması istiqamətində gələcək hədəflər barədə məlumat verib.

Konfransda TDT-nin Baş katibinin müavini Merey Mukajan, Türk Akademiyasının vitse-prezidenti Askhat Kesikbayev və TDT-yə üzv dövlətlərin aparıcı beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbir Türk Dünyasının analitik mərkəzləri arasında institusional əməkdaşlığın yeni mərhələsinə zəmin yaradacaq. Təqdim olunan materiallar gələcəkdə vahid iqtisadi strategiyaların formalaşması və üzv ölkələr arasında elmi-tədqiqat əsaslı əməkdaşlığın gücləndirilməsi üçün baza rolunu oynayacaq.

İİTKM-in şöbə müdiri əməkdaşı Daşkənddə keçirilən beynəlxalq konfransda təqdimatla çıxış edib
#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R