İİTKM-də Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin iqtisadçısı Qustavo Ramires, eləcə də Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzinin direktoru Norbert Funke ilə görüş keçirilib.
Görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın iqtisadi-sosial inkişafını hədəfləyən 5 illik dövlət proqramları və onların icrasında Mərkəzin rolu barədə məlumat verib. Eyni zamanda ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə yaradılan komissiyanın fəaliyyəti barədə qonaqları məlumatlandırıb. O makro-fiskal modelləşdirmə və proqnozlaşdırma, dövlət maliyyəsi, maliyyə və bank sektoru üzrə fikir və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.
Müzakirə zamanı investisiyaların səmərəliliyi və iqtisadi artım sahəsində beynəlxalq təcrübə, eləcə də iqtisadi islahatlar sahəsində uğurlu əməkdaşlıq perspektivləri müzakirə olunub.
Beynəlxalq valyuta Fondunun nümayəndəsi Qustavo Ramires makroiqtisadi sabitliyə yönələn iqtisadi islahatlar, diversifikasiya, iqtisadi transformasiya, qlobal arenada yeni inkişaf təşəbbüsləri sahəsində təmsil etdiyi qurumun maraqlı olduğunu və əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşdə İİTKM-in department rəhbərləri Rəşad Hüseynov, Vüsalə Cəfərova və makroiqtisadçısı Coşqun Cəfərov da iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib