EnterpriseAzerbaijan.com portalında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə görüş keçirilib
EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə regional rəhbəri Samir Tağıyev startapçılarla görüş keçirib. Görüş zamanı startapçılar layihələrini təqdim ediblər və investisiya cəlbi ilə bağlı müzakirələr aparılıb. Görüşdə iştirak edən startap layihələri bunlardır:
Bonpini - daşınmaz əmlakı paylaşaraq kirayələməyə kömək edən rəqəmsal platforma;
Nursecome - tibb xidmətlərinin onlayn sifarişi üçün platforma;
Pagesales - elanların və oyunların alqı-satqısının yerləşdirilməsi üçün platforma;
W-ball - kimyəvi maddə az istifadə etməklə paltarlarda və digər əşyalarda daha çox təmizlik yaratmağı təmin edən təmizlik texnologiyası;
Wogether - Autizm xəstəliyi olan insanların bir-biri ilə ünsiyyət qurması və sosiallaşması üçün sosial şəbəkə. Sözügedən layihə Azərbaycan Autizm Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib.
Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalı Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində yaradılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib