Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin infosessiyaları başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Five Continents - 500 Startups” proqramı çərçivəsində infosessiyalara start verilir.
Əvvəlki illərdən fərqli olaraq bu dəfə həm fiziki, həm də onlayn formatda infosessiyalar təşkil olunacaq. Onlayn infosessiyalar aşağıdakı tarixlərdə keçiriləcək:
- 06 aprel, saat 15:30–17:00
- 09 aprel, saat 10:30–12:00
- 10 aprel, saat 20:30–22:00
Sessiyalar müxtəlif günlərdə və saatlarda təşkil ediləcək. Məqsəd dünyanın müxtəlif yerlərində maraqlı tərəflərin sessiyalara qoşulmaq imkanını təmin etməkdir.
İnfosessiyalarda iştirak etmək üçün aşağıdakı anket vasitəsilə qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/RX1QqmP2mQ67anff9
Əlavə infosessiyaların təşkilində maraqlı olan tərəflər “Enterprise Azerbaijan” portalına müraciət edə bilərlər.
Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı davam edir. Bu il layihə “Beş qitə – 500 startap” (Five Continents – 500 Startups) şüarı ilə həyata keçirilir. Layihə çərçivəsində startaplar dünyanın qabaqcıl innovasiya ekosistemlərindən vençur fondlar və peşəkar mentorlarla əməkdaşlıq imkanı əldə edəcəklər.
“Startup School 4” layihəsi yerli ekosistem tərəfdaşları – “Caucasus Ventures”, “SABAH.HUB”, Innoland İnkubasiya və Akselerasiya Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi, “Founder Club”, Yeni Fikir, “Coders Azerbaijan”, “BERC&Partners” və digərləri, eləcə də qlobal tərəfdaşlar – “Synapses Ventures”, “TechDev Academy” (ABŞ), “Silk Road High Tech Park Association” (Çin), “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan), ATUİAB (Özbəkistan), “DELPHI LTD” (Afrika), “MH INSPIRES PTY LTD” (Avstraliya) və digər nüfuzlu təşkilatların dəstəyi ilə həyata keçirilir.
Layihənin mühüm üstünlüklərindən biri də “TEI Forum 2026” ilə qurulan tərəfdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində “Demo Day” tədbiri 30–31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. Startaplar bu tədbirdə 500-dən çox sahibkar, investor və biznes nümayəndəsi ilə birbaşa əlaqə qurmaq və potensial tərəfdaşlıqlar yaratmaq imkanı əldə edəcəklər.
“Startup School 4” proqramına ideya mərhələsində olan, MVP hazırlığında olan və ya MVP-yə malik startaplar müraciət edə bilərlər.
Qeydiyyat üçün link: https://startupschool.az/en/register
Startapların qeydiyyatı 15 may 2026-cı il tarixinədək davam edəcək.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib