“Enterprise Azerbaijan” portalı “TEKTiTE 2026” üzrə beynəlxalq əməkdaşlıq görüşündə təmsil olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının nümayəndələri “TEKTiTE 2026” beynəlxalq innovasiya platforması çərçivəsində keçirilən onlayn görüşdə iştirak ediblər. Görüş tərəfdaş ölkələr və qurumlar arasında ilkin koordinasiya, eləcə də əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.
Görüşdə “Enterprise Azerbaijan” tərəfindən həyata keçirilən “Startup School” layihələri, həmçinin portalın Azərbaycanın innovasiya ekosistemi, yerli startapların beynəlxalq platformalara inteqrasiyası istiqamətində fəaliyyəti təqdim edilib.
“TEKTiTE-2026” qlobal innovasiya və texnologiya əməkdaşlığına həsr olunmuş beynəlxalq proqramdır. Proqram çərçivəsində startaplar, tədqiqat mərkəzləri, korporativ strukturlar və investorlar arasında texnologiya transferi, PoC (Proof of Concept), birgə R&D və kommersiyalaşdırma imkanları yaradılır. “TEKTiTE-2026” Cənubi Koreyada yerləşən “DeltaTech-Korea” şirkəti tərəfindən təşkil olunur və tədbirin planlaşdırılması, platformanın idarə edilməsi, eləcə də qlobal tərəfdaşların cəlb edilməsi bu şirkət tərəfindən həyata keçirilir.
Azərbaycandan olan startaplar “TEKTiTE-2026” vasitəsilə beynəlxalq korporasiyalarla birbaşa əlaqə qurmaq, öz texnoloji həllərini qlobal platformada təqdim etmək, pilot layihələrdə iştirak etmək və yeni bazarlara çıxış imkanları əldə edə bilərlər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib