“Enterprise Azerbaijan” Nyukasl Universiteti ilə “Startup School 2” layihəsində əməkdaşlıq edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova ilə İngiltərənin Nyukasl (Newcastle) Universitetinin professorları Fiona Vaythörst (Fiona Whitehurst) və Natalya Radko arasında əməkdaşlıq görüşü keçirilib.
M.Musayeva portalın həyata keçirdiyi layihələr, o cümlədən bu il təşkil olunacaq “Startup School 2 – AI for Green Solidarity” layihəsi barədə qonaqları məlumatlandırıb.
Görüşdə həmçinin “Startup School 2 – AI for Green Solidarity” layihəsi çərçivəsində birgə həyata keçiriləcək “Mentoring for mentors” proqramının detalları müzakirə olunub. F. Vaythörst Nyukasl Universiteti ilə “Enterprise Azerbaijan” arasında əməkdaşlıq perspektivləri barədə danışıb. N.Radko isə Qazaxıstan universitetləri, “Astana HUB” və ümumiyyətlə bu ölkənin startap ekosisteminin hazırkı vəziyyəti haqqında məlumat verib və əməkdaşlıq edilə biləcək sahələr haqqında öz fikirlərini bölüşüb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib