“Enterprise Azerbaijan” Alman Süni İntellektin Araşdırma Mərkəzi ilə əməkdaşlıq edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı növbəti “Startup School” layihəsini həyata keçirmək üçün Alman Süni İntellektin Araşdırma Mərkəzi (ASİAM) ilə əməkdaşlıq edəcək. Bu çərçivədə İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı ASİAM-ın elmi işçisi, Dr.Nicat Mehdiyevi qəbul edib.
V.Qasımlı İİTKM-in fəaliyyəti, həyata keçirdiyi layihələr, o cümlədən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsi prosesi barədə məlumat verib. İcraçı direktor monitorinq və qiymətləndirmə sahəsində süni intellektdən istifadə imkanlarının mümkünlüyünü qeyd edib.
N.Mehdiyev də öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin süni intellektin tətbiq sahələri barədə danışıb.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva isə birinci “Startup School” layihəsi barədə məlumat verib. O, növbəti “Startup School” layihəsində süni intellekt sahəsində ixtisaslaşan startaplara dəstək verilə biləcəyini və “Enterprise Azerbaijan”ın bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, birgə həyata keçirilməsi nəzərdə tutulan layihədə məqsəd yerli startapları inkişaf etdirməklə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı qarşıya çıxa biləcək çağırışların süni intellekt vasitəsilə həllinə nail olmaq, Azərbaycanda gənclərin süni intellektlə bağlı bilik və bacarıqlarını artırmaq, innovasiya mədəniyyətini və texnologiya savadını inkişaf etdirməklə insan resurslarının inkişafına töhfə verməkdir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib