“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üçün Yol Xəritəsinin icra vəziyyəti və əldə olunan nailiyyətlərə həsr olunan iclası keçirilib.
İclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” ASC və digər dövlət qurumlarının məsul nümayəndələri, həmçinin özəl sektor və biznes assosiasiyalarının təmsilçiləri iştirak edib.
Görüş çərçivəsində altqrupa üzv olan qurumlar tərəfindən 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin 11 aylıq dövr üzrə icra vəziyyətinə dair müzakirələr aparılıb, əldə olunan nəaliyyətlər barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, özəl sektor nümayəndələrinin təqdim etdiyi təkliflər müzakirə olunmuş, verilmiş təkliflərin icrası istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda 2025-ci il üçün Yol Xəritəsinin icrası ilə bağlı yekun tədbirlərə dair məsələlər müzakirə edilmiş, bu istiqamətdə müvafiq tapşırıqlar verilmiş, iclas iştirakçılarının sualları cavablandırılmış və 2026-cı il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması prosesinə başlanılması üçün müvafiq tapşırıqlar verilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib