“Biznesə daxilolma” işçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə bu ilin 1-ci rübündə görülmüş işlər barədə məlumat verilib. Tədbir iştirakçıları Yol Xəritəsinin xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işləri müzakirə ediblər. Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə xarici mənşəli sənədlərin tərcüməsinin elektron qaydada rəsmiləşdirilməsi ilə bağlı xidmətin yaradılması istiqamətində aparılmış işlər barədə məlumat verərək bildirib ki, bu xidmət elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və ünvana çatdırılmasını nəzərdə tutur.
Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Ziya Fətəliyev Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən “Elektron notariat” informasiya sistemi çərçivəsində leqallaşdırılmış sənədlərin elektron nüsxələrinin hazırlanması, tərcüməsi və notarial rəsmiləşdirilməsindən sonra müraciət edən şəxslərə çatdırılması işinin təşkilinə dair görülən işlər barədə danışıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azintelecom” MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin direktoru Kaul Məmmədov Yol Xəritəsi çərçivəsində tətbiqi imkanları araşdırılan “Açıq açarlar infrastrukturu” barədə məlumat verib, bununla bağlı indiyədək görülmüş işləri işçi qrup üzvlərinin diqqətinə çatdırıb.
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qeyd olunan layihələrin həyata keçirilməsi istiqamətində səylərin artırılmasını, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi zərurətini vurğulayıb. Bildirib ki, xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatı proseslərinn sadələşdirilməsi sərmayələrin cəlbi baxımından ölkəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycanın yerli investisiyalı hüquqi şəxslər üçün yaradılmış asan qeydiyyat imkanları beynəlxalq miqyasda yüksək qiymət alıb və dövlətimiz bu prosesi xarici investorlar üçün də sadələşdirmək niyyətindədir.
Yol Xəritəsinin reallaşdırılması prosesində ictimaiyyətin və ekspertlərin iştirakına xüsusi önəm verilir. Özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edə, müvafiq məsələlər barədə təkliflər verə bilərlər.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Zənurə Talıbova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Cəlbedici investisiya mühitinin əldə edilməsində korporativ idarəetmənin rolu
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır