Ankarada “Startup School” layihəsinin növbəti mərhələdə fəaliyyət planı müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva “Startup School” layihəsinin növbəti fəaliyyət planını müzakirə etmək üçün Türkiyənin Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetində olub.
Universitetdə Enterprise Azerbaijan və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində yaradılan “Startup School” layihəsinin növbəti mərhələdə fəaliyyətinə dair “yol xəritəsi”nin təsdiq olunması istiqamətində müzakirə aparılıb. Müzakirələrdə iştirak edən Enterprise Azərbaycan portalının rəhbəri Mətanət Musayeva və Özmen Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Serkan Tosun İİTKM, Nevada Universiteti və OSTİM Texniki Universiteti arasında gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində qonaqlar həmçinin “Startup School” layihəsinin mentorlarından olan OSTİM Texniki Universitetinin nəzdində fəaliyyət göstərən OSTiMTECH Sahibkarlıq və Liderlik Mərkəzinin direktoru Melike Aktaş Bozkurt ilə bərabər OSTİM İdarə Heyətinin sədri Orhan Aydın ilə görüşüblər. OSTİM haqqında məlumat verən Orhan Aydın Özmen Sahibkarlıq Mərkəzi və Enterprise Azerbaijan ilə əməkdaşlıq edilə biləcək sahələr haqqında da fikirlərini bölüşüb.
Daha sonra Mətanət Musayeva OSTİM Texnoparkını, İNNO:14 Akselerasiya Mərkəzini və “ELMED Medical Systems” beynəlxalq şirkətini ziyarət edib, texnoparkın ümumi fəaliyyəti, İNNO:14 Akselerasiya Mərkəzinin məqsədi və hazırkı vəziyyəti ilə tanış olub. Qonaqlara OSTİM Texnoparkın gələcək hədəfləri və istehsal xətti haqqında məlumat verilib, gələcək əməkdaşlıqlar ətrafında müzakirə aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib