“Türk dövlətləri iqtisadiyyatı” kitabı Budapeştdə təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birgə hazırladığı “Türk dövlətləri iqtisadiyyatı” kitabının daha bir təqdimatı Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib. TDT-nin Macarıstan nümayəndəliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı qonaqlara kitab haqqında ətraflı məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Türk dünyası ölkələrinin diplomatik korpus təmsilçiləri, Macarıstan Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayəndəsi, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçiləri, Metropolitan Universitetinin nümayəndələri və Macarıstan “Daily News” xəbər agentliyinin jurnalistləri iştirak ediblər.
TDAM-ın rəhbəri A.Satıcı “Türk dövlətləri iqtisadiyyatı” kitabının 7 ölkədən 35-dən çox müəllifin iştirakı ilə ərsəyə gəldiyini və iqtisadiyyat sahəsində türk dünyasını bütövlükdə əhatə edən bu tərkibdə nadir işlərdən biri olduğunu vurğulayıb. Həmçinin, TDT-nin Macarıstan nümayəndəliyinin rəhbəri v.m.i.e. Talaibek Kydyrov kitabın türk dünyası üçün yeni bir yol xəritəsi olduğunu və növbəti birgə araşdırmalara stimul verdiyini bildirib.
Bununla yanaşı, görüşdə TDAM tərəfindən gələcək perspektivdə qarşıda duran layihələr müzakirə edilib. Türk dünyasının geoiqtisadi interaktiv xəritəsinin hazırlanması istiqamətində işlərin davam etdiyi bildirilib. “Türk iqtisadi icmalı”nın dövri olaraq 8 dildə nəşr edilməsi iştirakçılar tərəfindən müsbət qarşılanıb. İcmalın növbəti buraxılışlarına nəqliyyat-logistika, kiçik və orta bizneslərin (KOB) inkişaf trayektoriyasını əhatə edən göstəricilərin də daxil edilməsi tövsiyə olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib