Özbəkistanda “Türk Dövlətləri İqtisadiyyatı” kitabının təqdimatı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) katibliyi ilə birgə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabının təqdimatı Özbəkistanın Daşkənd şəhərində olub. Hibrid formatda təşkil olunan tədbiri açıq elan edən Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimov kitabın türk dünyasının beyin mərkəzləri üçün əhəmiyyətli töhfə olduğunu və iqtisadi proseslərin dinamikasını anlamaq üçün tədqiqatçılara, siyasətçilərə və sahibkarlara dəyərli təhlillər təqdim etdiyini bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsləri çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın artırılması sahəsində Özbəkistanın İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlığın əhəmiyyəti vurğulayıb. O, “Türk Dövlətləri İqtisadiyyatı” kitabını əməkdaşlığın xəritəsi adlandıraraq bölgədə iqtisadi inteqrasiya üçün yeni yolların açılmasının vacibliyini qeyd edib. Vüsal Qasımlı bildirib ki, kitabın hazırlanmasında yeddi türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq alimi iştirak edib və hər bir müstəqil dövlətin türk dünyasındakı rolu araşdırılıb.
Sonra İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova kitabda tədqiq olunan müasir iqtisadi modelləri, “Qravitasiya Modeli" və "Qraf Nəzəriyyəsi" kimi metodologiyaların tətbiqi, türk dövlətləri arasında iqtisadi inteqrasiya və ticarət dövriyyəsinin artırılması üçün tövsiyələri diqqətə çatdırıb. O, kitabda ayrıca tədqiq olunan Zəngəzur dəhlizinin Türk dünyası üçün əhəmiyyəti və çoxşaxəli ticarətə təsiri barədə nəticələri qeyd edib. V. Cəfərova TDAM tərəfindən 8 dildə rüblük “Türk İqtisadi İcmalı”nın hazırlandığını və burada türk dövlətlərinin iqtisadiyyatlarında baş verən tendensiyaların təqdim olunduğunu bildirib, “Türk Dünyası 2040 Vizyonu” məqsədləri ilə bağlı icra olunan layihələrdən danışıb.
Tədbirdə TDT ölkələri arasında iqtisadi inteqrasiyanın sürətləndirilməsi və ticarət əlaqələrinin inkişafı yolları müzakirə olunub.








Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf