“Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq konfrans keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” internet portalı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyilə “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq onlayn tədbir keçirib.
Tədbiri giriş sözü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açıb.
Daha sonra Beynəlxalq Bank sədrinin müavini Elmir Həbibullayev, VISA şirkətinin departament rəhbəri Andrey Aleykin, Mərkəzi Bankın nümayəndələri çıxışlar ediblər.
“Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq tədbir bir neçə panel müzakirələri ilə davam edib. Müzakirələrdə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələri təmsil edən dövlət qurumlarının nümayəndələri və qabaqcıl şirkətlərin rəhbərləri nəqliyyat infrastrukturunda tətbiq olunan yeni nəsil nağdsız ödəniş texnologiyaları, innovativ layihələr, “ağıllı şəhər” modelinin qabaqcıl nümunələri, iqtisadi və sosial faydaları, nəqliyyat infrastrukturunda əldə olunan nailiyyətlər və perspektivləri barədə təqdimatlarla çıxış ediblər.
VISA şirkətinin də dəstək olduğu beynəlxalq foruma 100-dən artıq iştirakçı qatılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib