EU4Digital təşəbbüsü ilə Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağı (DTH) və Azexport portalının tərəfdaşı EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq. Layihənin reallaşdırılmasında əsas məqsəd bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlarda dəstək olmaqdır.
2023-cü ilin mart, aprel və may aylarını əhatə edən layihədə iştirak Azərbaycan bizneslərinə beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, logistik imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərə həll yollarını tapmaq imkanı yaradacaq. Layihə haqqında ətraflı:
Əhatə olunan bazarlar:
- Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It
Əhatə dairəsi:
• Xüsusi e-ticarət mövzuları və seçilmiş bazarlar (məsələn, Amazon, eBay) üzrə 4 qrup təlimi mart, aprel və may aylarında keçiriləcək
• Sistem üzərindən audio/video/yazılı fərdi məsləhətləşmələr (hər şirkət üçün 5 saat) mart, aprel, may və iyun aylarında mümkün olacaq
Təlimlərin mövzuları:
1. Bazarların təqdimatı (hansı məhsullara uyğundur, xüsusi bazarların üstünlükləri, necə qeydiyyatdan keçməli və qeydiyyat üçün tələblər, ödəniş imkanları);
2. Səhifənin yaradılması, siyahıya salınması və məhsulun yerləşdirilməsi;
3. Rəqəmsal marketinq strategiyası;
4. Müştəri dəstəyi;
5. Brend və hesabın bloklanmasının səbəbləri, habelə vergi və gömrük prosedurları.
Şirkətlərin seçilməsi üçün əsas meyarlar:
• Seçilmiş bazarda mövcud hesabın olmaması;
• Yerli və ya qlobal bazarda təcrübə;
• E-ticarət üçün seçilmiş məhsulun təhlükəsiz, gömrük və sertifikatlaşdırma probleminin olmaması;
• Məhsulun saxlama müddəti;
• Təlimlərə vaxt ayırmaq imkanı;
• İngilis dili biliyi.
Qeydiyyat üçün link: https://bit.ly/3ZArEpR




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti