“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin növbəti ictimai müzakirəsi keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin növbəti ictimai müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov milli iqtisadiyyatın strateji yol xəritəsinin müasir inkişafın tələblərinə uyğun şəkildə hazırlanmasının əhəmiyyətini vurğulayıb. F. Qurbanov Azərbaycanda iqtisadiyyatın inkişafı üçün həyata keçirilən dövlət tədbirlərinin effektivliyindən danışaraq ölkə QHT-lərinin də bu prosesdə fəal iştirakının vacib olduğunu bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, “Milli iqtisadiyyatın strateji yol xəritəsi” çərçivəsində dünya miqyasında kapital, istedad və bazarlar uğrunda mübarizədə Azərbaycanın uğurla mövqe qazanması üçün imkanlar müəyyənləşdirilib. Vüsal Qasımlı Azərbaycanın orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi üçün yüksək gəlirli və elm-tutumlu sahələrin inkişafının vacib olduğunu deyib.
Miqyas effektinin təsirindən qaçmaq üçün Azərbaycan istedadların və özəl şirkətlərin “kritikhəcmi”nə malik ekosistem qurmalı və bir neçə sahədə ixtisaslaşmalıdır. Yalnız dərin ixtisaslaşma Azərbaycana dünya bazarında mövqelərini daha da gücləndirməyə imkan verəcək: “Diversifikasiyadan ixtisaslaşmaya doğru getmək lazım olacaq. Nisbətən kiçik miqyaslı Tayvan, Koreya, Sinqapur və Malayziya kimi ölkələrin uğur hekayətinin arxasında bir neçə sektorun üzərində fokuslaşmaq kimi səbəb dayanır. Çünki hökümət çox deyil, optimal sayda sektorları prioritet elan edəndə resursların səmərəli paylanması təmin edilir. Milli iqtisadiyyatın strateji yol xəritəsi məhz bu perspektivdən də faydalıdır”.
Toplantıda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmmməd Nuriyev və “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov məruzə ilə çıxış ediblər.
Sonra QHT rəhbərlərinin iştirakı ilə davam etdirilən müzakirələrdə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədi ilə bağlı təkliflər səsləndirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə keçirilib.


Op-eds
Vusala Jafarova
Head of the Turkic World Research Center
"Driving Economic Integration and Digital Transformation: Azerbaijan’s Strategic Leadership in the Organization of…
Vusala Jafarova
Head of the Turkic World Research Center
"Azerbaijan’s Admission to the D-8: Strengthening Economic Cooperation with Global Potential"
Vusala Jafarova
Head of the Turkic World Research Center
Turkic States Economic Outlook for the First Half of 2024: Growth, Trade, and Investment Trends
Agil Asadov
Head of the Strategic planning division
Moody's: Growing influence of the Middle Corridor boosts economic prospects
Vusala Jafarova
Head of the Turkic World Research Center
The Karabakh Declaration and the future of economic cooperation of the Turkic world
Vusala Jafarova
Head of the Turkic World Research Center
"SCO Plus Summit: Catalyzing Economic Growth and Connectivity Among Turkic States"
Ayaz Museyibov
Deputy Executive Director of the CAERC
Azerbaijan and Türkiye: Leading through unity in global crises