“Enterprise Azerbaijan” portalı Pakistan universitetlərinin tələbələri üçün təlim keçirib

“Enterprise Azerbaijan” portalı Pakistan universitetlərinin tələbələri üçün təlim keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı və tərəfdaş “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (KP-BOIT) təşkilatının birgə əməkdaşlığı çərçivəsində “University of Peshawar”, “Hazara University” və “Pak-Austria Fachhochschule Institute of Applied Sciences and Technology” universitetlərinin tələbələri üçün “Startup School 4: Beş qitə, 500 startap” proqramına həsr olunmuş infosessiya təşkil olunub.

Görüşdə proqramın məqsədləri, beynəlxalq əməkdaşlıq imkanları, müraciət prosesi və iştirakçılar üçün təqdim olunan üstünlüklər barədə ətraflı məlumat verilib. Sessiya zamanı innovasiya və sahibkarlıq ekosistemində beynəlxalq tərəfdaşlıqların əhəmiyyəti, startapların qlobal bazarlara inteqrasiyası və gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub. Təlimdə proqramın əsas istiqamətləri, iştirakçılar üçün nəzərdə tutulan təlim və mentorluq imkanları, beynəlxalq tərəfdaş şəbəkəsi və Azərbaycan innovasiya ekosistemi ilə əməkdaşlıq perspektivləri barədə məlumat verilib.

“Startup School 4: Beş qitə – 500 Startap” proqramı yerli və xarici innovasiya ekosisteminin müxtəlif tərəfdaşlarını vahid əməkdaşlıq platformasında bir araya gətirir: Yerli tərəfdaşlar sırasında Əqli Mülkiyyət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Caucasus Ventures”, “SABAH.HUB”, Innoland İnkubasiya və Akselerasiya Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi, “Founder Club”, “Yeni Fikir”, “Coders Azerbaijan”, “BERC&Partners”, “Innovation Management and TRIZ Institute” MMC və media tərəfdaşları “Real TV”, “Report” müstəqil informasiya agentliyi, “Trend” İnformasiya Agentliyi və “Edumap” Təhsil Portalı yer alır. Qlobal innovasiya ekosistemindən isə “Synapses Ventures”, “TechDev Academy”, “One Bsc Gate” (ABŞ), “Silk Road High Tech Park Association” (Çin), “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan), “The Caucasus-Asia Center” (Hindistan), ATUİAB (Özbəkistan), “DELPHI LTD” (Madaqaskar), “New Mansoura University” (Misir), “Leadership and Good Governance Institute”, “Ethiopian Public Service University” (Efiopiya), “MH INSPIRES PTY LTD” (Avstraliya), “LICORNE GULF investment” (Qətər), “Deep Tech Foundry”, “Bold Future Global” (Malta), “The Brutally Honest Ecosystem” (Finlandiya), “BeHumbo” (Estoniya) və “BuzzFactory” (Rusiya) kimi təşkilatlar proqramın tərəfdaşlarıdır.

Qeyd edək ki, “Startup School 4: Beş qitə, 500 startap” proqramına qeydiyyat davam davam edir.

Proqrama qoşulmaq üçün: https://startupschool.az/en/register