İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında növbəti təlim və infosessiya təşkil olunub.
Görüşdə AMEA-nın müxtəlif institutlarının əməkdaşları, xüsusilə innovasiya və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənc tədqiqatçılar iştirak ediblər. “Enterprise Azerbaijan” portalının rəhbəri, dosent İsa Qasımov “Elmin kommersiyalaşdırılması: startapların formalaşdırılması və inkişafı” mövzusunda çıxış edib.
İnfosessiya çərçivəsində iştirakçılara “Startup School 4” qlobal innovasiya proqramının məqsədləri, iştirak imkanları və startapların beynəlxalq ekosistemə inteqrasiya perspektivləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, ideyaların startaplara çevrilməsi və innovasiya yönümlü layihələrin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir zamanı vurğulanıb ki, elmi biliklərin real iqtisadi dəyərə çevrilməsi və tədqiqatçıların startap ekosisteminə inteqrasiyası müasir innovasiya siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan “Startup School 4” proqramı tədqiqatçıların ideyalarının qlobal miqyasda inkişafına dəstək verən mühüm platforma kimi çıxış edir.
Qeyd edək ki, “Startup School 4: Beş qitə – 500 startap” proqramı innovativ ideyaların dəstəklənməsi, startap ekosisteminin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini hədəfləyir.
Müraciət üçün son tarix: 15 may 2026
Qeydiyyat üçün: https://startupschool.az/en/register

Digər təlimlər
"Enterprise Azerbaijan" və Kapadokya Texnoparkının “Startup School 4” proqramına dair görüşü keçirilib
“Startup School 4” çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə infosessiya təşkil olunub
“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi çərçivəsində ATU-da təlim keçirilib
“Enterprise Azerbaijan” portalı tərəfindən Gəncə Dövlət Universitetinin tələbələrinə təlim keçilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi DİA-da təqdim olundu
“Enterprise Azerbaijan” portalı ADNSU-da “Startup School 4” layihəsi üzrə infosessiya və təlim keçirib
“Enterprise Azerbaijan” portalı Qubada təlim və infosessiya keçirib
İİTKM və BMT “Qida təhlükəsizliyi” dərsliyini hazırlayır