İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı və Kapadokya Texnoparkının birgə təşkilatçılığı ilə “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramına həsr olunmuş infosessiya xarakterli onlayn görüş keçirilib. Görüşdə Kapadokya Texnoparkının əməkdaşları, rezident şirkətləri və müxtəlif startap nümayəndələri iştirak ediblər. İştirakçılara proqramın məqsədləri, beynəlxalq tərəfdaşlıq imkanları, müraciət prosesi və startaplar üçün təqdim olunan üstünlüklər barədə məlumat verilib.
Qeyd edək ki, 5 qitədən texnologiya şirkətləri və vençur fondları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Startup School 4: Beş qitə – 500 Startap” proqramına dünyanın bütün ölkələrindən startaplar müraciət edə bilərlər. Proqramın Türkiyədən olan tərəfdaşları sırasında OSTİM Texniki Universiteti, Kapadokya Texnoparkı, Niğde Universiteti Texnoparkı və “Fauna Venture Studio” şirkəti yer alır.
Layihəyə ideya mərhələsində olan, MVP hazırlığında olan və ya MVP-yə malik startaplar müraciət edə bilərlər. Startapçılar proqramda iştirak üçün https://startupschool.az/en/register linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Layihəyə müraciət üçün son tarix 15 may 2026-cı ildir.

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı