Ramil Hüseyn

Ramil Hüseyn

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini


17 iyun 1977-ci ildə anadan olub.

Təhsili

1994-1999-cu illərdə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr,

2000-2002-ci illərdə isə magistr təhsili alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasını fərqlənmə diplomu ilə bitirib.

2003-2006-cı illərdə aspiranturada təhsil alıb, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
 2011-2015-ci illərdə elmlər doktoru proqramı üzrə doktoranturada oxuyub, 2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi əldə edib. 

2011- 2012-ci illərdə İspaniyanın Kataloniya Universitetində ərzaq təhlükəsizliyi üzrə təhsil alıb.

2012-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi "Ərzaq təhlükəsizliyi üzrə dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi" kursunu bitirib.

Pedaqoji fəaliyyəti

2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyib.

2010-cu ildə dosent elmi adına layiq görülüb.

2015-2016-cı illərdə İngiltərənin Nyukastl (Newcastle) Universitetində qonaq professor kimi tədqiqat aparıb.

2009-cu ildə N04.013 Dissertasiya Şurasının elmi katibi olub.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.

Azərbaycan və xaricdə nəşr olunmuş 2 monoqrafiyası, 3 kollektiv monoqrafiyası, 75-ə qədər elmi məqaləsi və tezisi var.

Əmək fəaliyyəti

2006-2009-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda Ərzaq təhlükəsizliyi şöbəsində aparıcı elmi işçi vəzifəsində,

2010-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunda Sahibkarlığın inkişaf problemləri, İnformasiya təminatı və monitorinq şöbələrinin müdiri vəzifəsində çalışıb.

2011-2016-cı illərdə UNDP, FAO, UNİDO kimi beynəlxalq təşkilatların layihələrində milli məsləhətçi olub.

2016-cı ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində analitik, 2017-ci ildə Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.

2020-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində icraçı direktorun müavinidir.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, üç övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R