Arzu Süleymanov

Arzu Süleymanov

Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri

(+99412) 521 25 35


25 noyabr 1989-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunda anadan olub.

Təhsili

2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2010-2012-ci illərdə Bakı Dövlət Universitetində Optimal idarəetmənin riyazi-iqtisadi üsulları ixtisası üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2013-2015-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Ekonometriya ixtisası üzrə doktorantura təhsili alıb.

2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ekonometriya ixtisasında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2020-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ekonometriya; iqtisadi statistika ixtisasında dosent elmi adına layiq görülüb.

Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda elmlər doktorluğu proqramı üzrə doktorantdır.

Pedaqoji fəaliyyəti

2020-ci ildən Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasında dosent vəzifəsində çalışır.

2017-ci ildən Bakı Mühəndislik Universitetində tədris aparır.

2024-cü ildə “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Tokat Qaziosmanpaşa Universitetində (TOGÜ) tədris aparıb.

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 20-dən çox elmi məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2011-2020-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, baş elmi işçi, şöbə müdiri;

2020-2024-cü illərdə Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasının müdiri vəzifəsində çalışıb.

2024-cü ilin iyul ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi, sentyabr ayından isə Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsinə təyin olunub.

2026-cı ilin noyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışır.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, bir övladı var.