25 mart 1991-ci ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olub.
Təhsili
2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə fakültəsinin vergi işinin təşkili və idarə olunması ixtisası üzrə bakalavr təhsili alıb.
2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.
2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində daxili fiskal siyasət və dövlət maliyyəsi istiqaməti üzrə doktorantura təhsili alıb.
2026-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə "5301.01-Daxili fiskal siyasət və dövlət maliyyəsi" ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Pedaqoji fəaliyyəti
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarə edilməsi” kafedrasında müəllim vəzifəsində çalışıb.
2022-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində “Biznesin iqtisadiyyatı və menecmenti” kafedrasında baş müəllim vəzifəsində çalışır.
Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 20-dən çox elmi məqalə və tezisin müəllifidir.
Əmək fəaliyyəti
2016-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində müfəttiş,
2016-2020-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatında İqtisadi sahələrin maliyyəsi şöbəsinin Aqrar sahələrin və ətraf mühitin maliyyəsi sektorunda məsləhətçi və aparıcı məsləhətçi,
2019-cu ildə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü olub
2020-2023-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatında İqtisadi sahələrin maliyyəsi şöbəsinin Dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus qurumların maliyyəsi sektorunun müdiri vəzifəsində işləyib.
2024-cü ilin iyun ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri, avqust ayında isə Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2026-cı ilin noyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır.
Azərbaycan,ingilis və rus dillərini bilir.
Ailəlidir, 2 övladı var.
