26 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
Təhsili
2019–2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr təhsili alıb.
2024-cü ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan "Technest" təqaüdünün qalibi olub və "Code Academy"də "Data Science" təhsili alıb.
2024–2025-ci illərdə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı"nın qalibi olaraq Böyük Britaniyanın Kardif Universitetində (Cardiff University) "Data Science and Analytics" ixtisası üzrə magistr dərəcəsi alıb.
Əmək fəaliyyəti
2025–2026-cı illərdə "Proxima Tech Solutions" şirkətində süni intellekt üzrə kiçik mütəxəssis vəzifəsində çalışıb.
Python, SQL, R, Power BI, Tableau, RAG, LLM, STT, TTS, VLM ilə bağlı bilik və təcrübəyə malikdir.
Azərbaycan, ingilis, rus və türk dillərini bilir.
