Arzu Süleymanov

Arzu Süleymanov

Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri

(+99412) 521 25 35


25 noyabr 1989-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunda anadan olub.

Təhsili

2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2010-2012-ci illərdə Bakı Dövlət Universitetində Optimal idarəetmənin riyazi-iqtisadi üsulları ixtisası üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.

2013-2015-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Ekonometriya ixtisası üzrə doktorantura təhsili alıb.

2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ekonometriya ixtisasında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2020-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ekonometriya; iqtisadi statistika ixtisasında dosent elmi adına layiq görülüb.

Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda elmlər doktorluğu proqramı üzrə doktorantdır.

Pedaqoji fəaliyyəti

2020-ci ildən Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasında dosent vəzifəsində çalışır.

2017-ci ildən Bakı Mühəndislik Universitetində tədris aparır.

2024-cü ildə “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Tokat Qaziosmanpaşa Universitetində (TOGÜ) tədris aparıb.

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 20-dən çox elmi məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2011-2020-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, baş elmi işçi, şöbə müdiri;

2020-2024-cü illərdə Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasının müdiri vəzifəsində çalışıb.

2024-cü ilin iyul ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi, sentyabr ayından isə Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışır.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R