25 mart 1991-ci ildə Ağcabədi rayonunda anadan olub.
Təhsili
2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə fakültəsinin vergi işinin təşkili və idarə olunması ixtisası üzrə bakalavr təhsili alıb.
2015-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.
2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində daxili fiskal siyasət və dövlət maliyyəsi istiqaməti üzrə doktorantura təhsili alıb.
Pedaqoji fəaliyyəti
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarə edilməsi” kafedrasında müəllim vəzifəsində çalışıb.
2022-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində “Biznesin iqtisadiyyatı və menecmenti” kafedrasında baş müəllim vəzifəsində çalışır.
Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 15-dən çox elmi məqalə və tezisin müəllifidir.
Əmək fəaliyyəti
2016-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində müfəttiş,
2016-2020-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatında İqtisadi sahələrin maliyyəsi şöbəsinin Aqrar sahələrin və ətraf mühitin maliyyəsi sektorunda məsləhətçi və aparıcı məsləhətçi,
2019-cu ildə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü olub
2020-2023-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatında İqtisadi sahələrin maliyyəsi şöbəsinin Dövlət mülkiyyətində olan və nəzarət zərfi dövlətə məxsus qurumların maliyyəsi sektorunun müdiri vəzifəsində işləyib.
2024-cü ilin iyun ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində Səmərəliliyin qiymətləndirilməsi sektorunun müdiri, avqust ayında isə Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan,ingilis və rus dillərini bilir.
Ailəlidir, 2 övladı var.